Haqqımızda

Fides Law & Consulting şirkətlər Qrupu

SİZİN ETİBARLI ƏMƏKDAŞINIZ !!!

Fides Law & Consulting, Fides Fərdi Hüquq Firması, Fides Consulting və Fides Education and Trining şirkətlərindən təşkil olunan bir qurumdur.

Fides Fərdi Hüquq Firması 2000-ci ildə təsis edilib dövlət qeydiyyatına alınaraq fiziki və hüquqi şəxslərə keyfiyyətli hüquqi xidmət göstərməyə başlamışdır. Xidmətlərin keyfiyyətli, operativ həyata keçirilməsi, xidmətlərdə ixtisaslaşmanın aparılması məqsədilə təsisçilərin yekdil qərarına əsasən 2005-ci ildə Fides Consulting şirkəti təsis edilərək fəaliyyət göstərməyə başlayır. Bundan sonra Fides Fərdi Hüquq firması fiziki şəxslərə hüquqi xidmətlər, Fides Consulting isə hüquqi şəxslərə hüquq, mühasibatlıq, qiymətləndirmə və s. xidmətlər göstərməyə və bu sahədə ixtisaslaşmağa başladı. İxtisasartırma kurslarına, xaricdə təhsilə, təlimlərə olan tələbatı nəzərə alaraq 2009-cu ildə Fides Education and Training şirkəti təsis edilərək təhsil, təlim və bu kimi fəaliyyətlərlə müştərilərə xidmətlər göstərməyə başlamış və onlarla tələbənin Amerika Birləşmiş Ştatlarında ali təhsil almasına, müxtəlif təlimlərdə iştirak etməsinə köməklik etmişdir.

Fides Law & Consulting üç ixtisaslaşmış şirkəti birləşdirən, öz sahəsində peşəkar olan hüquqşünas, audit, mühasib, qiymətləndirici, tərcüməçi, təlimçi və başqa bu kimi mütəxəssislərdən ibarətdir. Mütəxəssislərimiz cinayət, inzibati, mülki, kommersiya,  əmək, beynəlxalq hüquq, hüququn digər aparıcı sahələrində, audit, mühasibat, qiymətləndirmə, tərcüməçi və s. bu kimi sahələrdə kifayət qədər elmi və praktiki bilik və bacarıqlara malikdirlər. Mütəxəssislərimiz azərbaycan, türk, rus, ingilis, və s. dillərdə yüksək səviyyədə ünsiyyət qurma bacarığına sahibdirlər.

Vəzifəmiz və məqsədimiz:

Vəzifəmiz və məqsədimiz müştərilərimizə kompleks və ayrı ayrılıqda keyfiyyətli və münasib xidmət təqdim etmək, onların maraqlarını müdafiə etmək, biznes fəaliyyətlərinin inkişafını və təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Müəssisələrə kompleks xidmətin göstərilməsi

Hər bir şirkətin hüquqi dəstəklə təmin olunması, düzgün maliyyə siyasətinin müəyyən olunması, mühasibat əməliyyatlarının düzgün aparılması onun biznesinin təhlükəsizliyi deməkdir. Biznesin təhlükəsizliyi isə şirkətin gələcək inkişafının qarantıdır. Bunun üçün iki alternativ mövcuddur:

1. ştatda mütəxəssislərin saxlanılması;

2. hüquq, audit, mühasibat və tərcümə məsələlərinin kompleks olaraq konsaltinq şirkətinə etibar edilməsi.

Bu seçimlərin arasında effektivlik və professionallıq baxımından əlbəttə ki, fərq böyükdür. Konsaltinq şirkəti bir neçə elmi və praktiki bilik və bacarıqlarını bir araya gətirən peşəkarlardan ibarət bir qurumdur. Fərdlə konsaltinq şirkətini potensial baxımından müqayisə etmək düzgün olmazdı. Məsələyə iqtisadi sərfəlilik baxımından yanaşsaq görərik ki, konsaltinq şirkəti ilə müqavilə bağlayıb şirkət məsələlərinin kompleks olaraq ona etibar edilməsi daha əlverişli və münasibdir. Ştatda kifayət qədər peşəkar olan və münasib şərtlərlə işləyən hüquqşünas, mühasib, auditor, tərcüməçi olduqda belə, əksər hallarda, şirkət kənardan mütəxəssis dəvət etmək məcburiyyətində qalır və bu əlavə xərclərə səbəb olur. Biz Fides Law & Consulting şirkətlər qrupu olaraq Sizə professional, keyfiyyətli, əlverişli və münasib şərtlərlə xidmət və əməkdaşlıq təklif edirik.